Biz Kimik?
"FLEX" MMC — 2019-cu ildən etibarən İT həllər, təhlükəsizlik və telekommunikasiya sistemləri
sahəsində innovativ xidmətlər təqdim edən texnologiya şirkətidir. Əsas hədəfimiz beynəlxalq
standartlara uyğun proqram təminatı və rəqəmsal infrastruktur layihələri ilə müştəri
məmnuniyyətini təmin etməkdir. Qlobal təcrübəni yerli layihələrdə tətbiq edərək, həm
ölkəmizdə, həm də beynəlxalq bazarda rəqabətədavamlı texnoloji həllər təqdim edirik.
Azərbaycanın müxtəlif bölgələrində uğurlu layihələrə imza atan təcrübəli komandamızla,
müştərilərimizə yalnız məhsul deyil, həm də onların fərdi ehtiyaclarına uyğun yüksək
keyfiyyətli və innovativ optimal həllər təqdim edirik.